Девочки, может кто-то знает азербайджансий и поможет перевести несколько предложений на русский язык???
а то я словарем то перевела, а видно граматические конструкции знать надо:) потому что слова в предложения не выстраиваются:(
2.4 Qiymətli kağızların emitentinin nizamnamə kapitalının on faizindən az olmayan miqdarda səs hüququnu verən səhmlərə (paylara) Azərbaycan Respublikası dövləti malik olduqda, səhm (pay) sahibi olan dövlət orqanının və (və ya) Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin qiymətli kağızların yerləşdirilməsinə razılığı olmalıdır. 2.5 Qiymətli kağızların yerləşdirilməsinə icazənin alınması üçün ərizə emitentin rəhbəri tərəfindən imzalanmalı və emitentin möhürü ilə təsdiq edilməlidir. 2.6 Qiymətli kağızların yerləşdirilməsinə icazənin alınması üçün ərizə təqdim olunan tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq, QKDK icazənin verildiyi və ya bundan imtina barədə emitentə yazılı bildiriş göndərir. 2.7 Emitentin səhm buraxılışına daxil olan, о cümlədən, emitentin səhm buraxılışına hüquqları təsdiq edən qiymətli kağızların, 70 (yetmiş) faizə qədər hissəsinin Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsınə yol verilir. 2.8 Qiymətli kağızlar Azərbaycan Respublikasının ərazisindən kənarda müəyyən edilmiş ticarət təşkilatçısında və müəyyən edilmiş müddət ərzində tam həcmdə yerləşdirilmədikdə, emitent qiymətli kağızların yerləşdirilməmiş hissəsini, QKDK-nın icazəsi əsasında, digər ticarət təşkilatçısında yerləşdirə bilər. 2.9 Qiymətli kağızların Azərbaycan Respublikasının ərazisində yerləşdirilən hissəsi müəyyən edilmiş müddət ərzində tam həcmdə yerləşdirilmədikdə, emitent qiymətli kağızların yerləşdirilməmiş hissəsini, QKDK-nın icazəsi əsasında, Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirə bilər. 2.10 QKDK-nın icazəsi əsasında Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilmiş qiymətli kağızların orada tədavülə buraxılmasına əlavə icazə tələb olunmur.